Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib.

Unikal.org-un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, hazırda vağzalda vəziyyət nəzarət altındadır. Belçikanın Milli Dəmir Yolu Şirkətindən isə qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb.

"Avenir" və "Libre Belgique" nəşrləri isə Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Onun üzərində partladıcı kəmər olub.

"RTL Info" isə naməlum şəxsin zərərsizləşdirilməsi zamanı kiçik partlayışın olduğunu bildirib. Qeyd edək ki, hadisə yerinə çoxlu sayda polis və hərbçi cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.