Tovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Ceyran Həsənova "Opel" markalı avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.