"İnsan kimi çox yaxşı biridir".

Unikal.org xəbər verir ki, bu sözləri aktyor İslam Mehrəliyev qalibi olduğu ATV telekanalında yayımlanan "Maşın şou" haqda Kaspi.az-a verdiyi müsahibə zamanı danışarkən deyib:

"Elcan güclü rəqib idi. O, bu mübarizdə fiziki cəhətdən tab gətirə bilmədi. Ancaq insan kimi çox yaxşı biridir. Mən ona bundan sonrakı həyatında da uğurlar arzulayıram. Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik. Əslində elə bir şey yoxdur. Bölən olsaydıq, bunu əvvəlcədən bölərdik. Orada 41 saat mübarizə aparmazdıq. Özümüzü bu qədər əziyyətə salmazdıq".