Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. "KamAZ markalı yük avtomobili qarşı tərəfdən gələn "Nissan markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "Nissanın sürücüsü, Bakı sakini 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.