"Göyçay-Avtonəqliyyat ASC nəqliyyat xidməti fəaliyyətini dayandırıb.

Bu barədə Unikal.org-a müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Onun sözlərinə görə cəmiyyətin rəhbəri Arif Əliyev deyib ki, 16 uyun 2017-ci il tarixdən onlara heç bir rəsmi məlumat verilmədən qanunvericiliyə uyğun fəaliyyət göstərən 112 nəfər səhmdarı və 30 nəfər işçisi olan "Göyçay-Avtonəqliyyat ASC Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin şəxsi maraqları və prinsiplərindən irəli gələn qanunsuz müdaxilələr göstərilməsi səbəbindən nəqliyyat xidmətinin fəaliyyəti dayandırıldı.

Qeyd olunur ki, 1950-ci illərdə fəaliyyətə başlayan Avtonəqliyyat müəssisəinin, 1999-cu il tarixdən hüquqi varisi olan, səhmdar cəmiyyətə çevrilərək "Göyçay-Avtonəqliyyat ASC kimi nəqliyyat xidməti göstərmiş olan təşkilat artıq rayon əhalisinə xidmət göstərə biməyəcək.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də mövqeyini dərc etməyə hazırıq.