Tağı Əhmədov məhkəmədə Leyli və Məcnundan danışıb.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, məhkəmədə Akif Çovdarovun vəkillərinin sualını cavablandıran Tağı Əhmədov həmişə olduğu kimi bu dəfə də açıqlaması ilə yadda qala bilib.

Vəkilin "Sizin Akif Çovdsrovdan tələbiniz nədir" sualına T.Əhmədov belə cavab verib:

"Leyli və Məcnunu hamı oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu".

Tağı Əhmədov əlavə edib ki, Akif Çovdarov ondan MTN üçün 10 "Gelandewagen" markalı avtomobil alınmasını istəyəndə yox deyib.

"Mən Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisinə danışdım. Mənə dedi ki, "nazir sizin işinizi Akif Çovdarova tapşırıb". Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq"- deyə Tağı Əhmədiv əlavə edib.

Tağı Əhmədov məhkəmədən çıxdıqdan sonra jurnalistlərə açıqlama vermək istəməyib. O sadəcə "sağ olun" deməklə kifayətlənib.