Bu gün Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun Şabranın Sincanboyad kəndi ərazisindən keçən hissəsində "Daewoo-Nexia markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar İraq vətəndaşları - 1952-ci il təvəllüdlü Mustafa Abdudable, 1948-ci il təvəllüdlü Məhəmməd Seyid İsmayıl və Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Həsənov Tərlan Mustafa oğludur.

Hər üç şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Fakt araşdırılır.