Cəlilabadda baş verən yanğının əhatə dairəsi genişlənib.

Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Artıq 10 mağaza yanaraq sıradan çıxıb. Yanğın zamanı bir nəfərin xəsarət aldığı deyilir.

xxx

Cəlilabadda bazarda yanğın baş verib.

Unikal.org-un
apa-ya istinadən məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində yerləşən, "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb.
Cehiz əşyaları satılan hissədə qeydə alınan yanğın artıq 4 mağazanı əhatə edib.
Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Küləkli hava yanğının söndürülməsinə mane olur.
Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil.