ABŞ-ın Miçiqan ştatında yerləşən Bishop beynəlxalq hava limanında insident yaşanıb.

Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, sərnişinlər hava limanından təxliyyə edilib.

Məlumata görə,hava limanında atışma baş verib. Silahlı insident nəticəsində bir polis əməkdaşının yaralandığı bildirilir.

Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.