Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də növbəti oyunlar keçirilir.

Unikal.org-un məlumatına görə, günün ilk matçında Rusiya Portuqaliya millisi ilə qarşılaşıb.

Matç Portuqaliya yığmasının 1:0 hesablı qələbəsi ilə nəticələnib. Matça sürətli başlayan Portuqaliya 8-ci dəqiqədə hesabı açıb. Ronaldonun qolu ilə önə keçən portuqallar üstünlüyünü sona qədər qoruya bilib.

Günün ikinci oyununda B qrupunun digər iştirakçıları Meksika və Yeni Zelandiya üz-üzə gələcək.