İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi "Ən-Nurini partladıblar.

Unikal.org-un Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri məlumat verib.

2014-cü ilin iyulunda "Ən-Nuri məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.