Bakıda səfirlik maşını vurulub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. 

Macarıstanın Azərbaycankı səfirliyinə məxsus, Stella Farakerinin idarə etdiyi KİA markalı, 052 D 005 dövlət qeydiyyat nişanlı avtomobil naməlum maşın tərəfindən vurulub. Naməlum avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.