Bir müddət əvvəl Nyu-Yorkda ağciyər xərçəngindən əməliyyat olunan aktrisa Hülya Koçyiğit vətəninə qayıdıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Səlim Soydanla həyətdə gəzərkən çəkilmiş fotosunu paylaşan "Yeşilçam" ulduzu belə bir şərh yazıb:

"Bu gün sevimli həyat yoldaşımla İstanbulda gəzintiyə başladıq. Hamınıza tək-tək cavab verə bilməsəm də, amma mesajların hamısını oxuyuram. Sevginizin gücü ilə hər keçən gün daha yaxşı olacağımı bilir və şükr edirəm. Ən səmimi sevgilərimlə....

Xərçəngdən yenicə əməliyyat olunan aktrisa əri ilə gəzintidə - foto