Salyan rayonunda 2 yaşlı uşaq son günlər hamının marağına səbəb olub.

Unikal.org bildirir ki, yaşının az olmasına baxmayaraq maqnit sinəsində müxtəlif məişət əşyalarını saxlaya bilir. Bu qeyri-adi gücə inananlar da var, inanmayanlar da.

Əslində ilk baxışdan inanılası deyil. Çünki bu uşağın yerişi də, duruşu da həmyaşıdlarından heç nə ilə fərqlənmir. O da həmyaşıdları kimi oyuncaqları ilə oynayır, velosiped sürür, gülür, şənlənir. Necə deyərlər, öz uşaqlığını yaşayır. Amma biz də görməsəydik inanmazdıq. Gördük və inandıq.

Sinəsində maqnit sahəsinin olmasını isə valideynləri təsadüfən hardasa 2 həftə bundan əvvəl biliblər.

Salyanın Boranıkənd kəndində yaşayan balaca Ömərin maqnit sinəsində metal pul, qaşıq-çəngəl, mobil telefon yapışaraq bir müddət qalır. Hətta uşaq sinəsində saxladığı əşyaların sayını da bilir. Atasının dediyinə görə, yaşıdlarından fərqli olaraq balaca Ömər gündəlik idman etməyi, ağır yük götürməyi, həyətdə iş görməyi də xoşlayır.