"Min bir gecə" də "Burak İnceoğlu" roluyla tanınan aktyor Mert Fıratın ailəsində ağır itki.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun atası dünyasını dəyişib.

Mertin müğənni atası Nihat Fırat uzun zamandır böyrək çatışmazlığından əziyyət çəkirdi. Aktyorun atasının ölüm xəbərini həmkarı Zafer Alagöz sosial şəbəkədə paylaşıb. 

Mertin atasının cənazəsi Ankarada dəfn ediləcək.

Qeyd edək ki, Mert Fırat Nihat Fıratın ikinci evliliyindən olan oğludur.