Gecədən yağan yağış Kürdəmirdə bir sıra problemlər yaradıb.

Unikal.org ARB TV-yə istindən bildirir ki, yağış suyu rayonun bəzi küçələrində gediş-gəlişə mane olub.

Sakinlər alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalıblar. Yağış əsasən Bakı prospekti, Mirzə ağa Əliyev, Abbasqulu ağa Bakıxanov və digər küçələri keçilməz edib.