Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Şirvan şəhərinə səfərə gəlib.

Unikal.org xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülən abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.