Tanınmış reper Anar Nağılbaz uzun müddətdən sonra yeni rep oxuyub.

Unikal.org-un məlumatına görə, reper Baku.ws-ə bildirib ki, repi PRoMete ləqəbi ilə tanınan Azərbaycanlı reper və prodüser Pərviz İsaqov ilə birlikdə duet oxumalı idi:

"Musiqi ProMeteyə məxsusdur və onunla duet olmalı idi. Başı çox qarışıq oldu və məndən də hamının gözlədiyi üçün Nadir Nəğdpulun yanında yazdırıb elə o şəkildə də təqdim etdim". 

Reper əlavə edib ki, repin adını pərəstişkarları qoyub.

Videonu reper sosial şəbəkədə paylaşıb və "Dostlar, qardaşlar üçün yazıb.

Bir müddət əvvəl reper çətin günlərini yaşadığını demişdi. O, uzun müddət işsiz və iş axtardığını bildirmişdi.

Reperin ifa etdiyi repin adı "Hirsli Şairdi.Reper ifa etdiyi repə klip də çəkdirib.