Şamaxı rayonunda yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

İsmayıllı rayon sakini Bəhram Qurbanovun idarə etdiyi "Mersedes və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi "VAZ 2106 markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünə girib.

Hadisə zamanı 10-a yaxın qoyun ölüb, bir neçəsi xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.