Bu il orta məktəbdən məzun olan aparıcı Vüsalə Kərimovanın oğlu Ayxan Bayramov universitetə daxil olub.

Unikal.org xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib.

Oğlunu təbrik edən Vüsalə, onun barəsində bu sözləri deyib: 

"Allahım, bundan gözəl xəbər olar? 39 illik ömrümdə aldığım ən gözəl xəbər, ən unudulmaz zəng bu səhər Metropol Bakıdan gəldi. Həyatımın mənası, yaşama səbəbim Ayxan Bayramov Türkiyənin Akdeniz Universitetinin "Halkla İlişkiler" fakültəsinə qəbul olub. Canım oğlum, səni verən Allahıma qurban olum. Tələbə adın mübarək. Sənə çəkdiyim əziyyət, yuxusuz gecələrim, səni oxutmaq üçün gecə-gündüz işləməyim halal xoşun olsun. Çox sağ ol ki, məni peşman etmədin. Nə qədər ki, canım sağdır hər yerdə səni qorumaq boynumun borcudur. Allah hər birimizə övladımızın sevincini yaşatsın".(big.az)

"Həyatımın mənası, yaşama səbəbim ..." - aparıcı Vüsalə