Azərişıq ASC Ramazan bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək

ASC-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması məqsədilə Azərişıq ASC Ramazan bayramı günlərində Cəmiyyətin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edib.

Qeyd  olunur ki, 199 saylı çağrı mərkəzi Bakı şəhəri və regionlarda 24 saat abonentlərin xidmətində olacaq. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək."

Azərişıq ASC Ramazan bayramı münasibətilə bütün istehlakçıları təbrik edib, oruc və dualarının qəbul olunmasını diləyir.