Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Cəlil Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi iclası başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, C.Cəlilov "Binə" Ticarət Mərkəzində yerləşən konteynerlərin birində 13 min 346 manat dəyərində məhsul oğurlamaqda təqsirli bilinib. O, dəyən ziyandan 6200 manatı ödəyib, lakin 7146 manat ödənməmiş qalıb.

C.Cəlilov 2016-cı il dekabrın 22-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.