Azərbaycanlı müğənni Aytac Vidadiqızı türkiyəli müğənni Türkan Şorayın bacısı Nazan Şoray ilə birgə işləyəcək.

Unikal.org xəbər verir ki, Aytac Vidadiqızı yeni iş birliyi haqda metbuat.az-a açıqlamasında bunları deyib:

"Azərbaycanla yanaşı, Türkiyədə də layihələrə imza atıram. Bu həm məsuliyyətli, həm də ciddi işdir. Türkiyədə bütün işlərimə həyat yoldaşım Canberk rəhbərlik edir. Onun Türkiyədə güclü əlaqələri var. Qardaş ölkədə nəinki təkcə ifaçı kimi, həm də bəstəkar kimi çalışacağam. Bir neçə musiqi şirkətlərindən təklif təklif gəlsə də, hələ heç biri ilə müqaviləyə imza atmamışam. Nazan Şorayın dedikləri isə sürprizdir. Mən uşaqlıqdan Türkan və Nazan xanımı çox sevmişəm. Hamımızın uşaqlığı bu bacıların filmlərini izləməklə keçib. Düzü, ağlıma gəlməzdi ki, nə vaxtsa Şoray imzalı bir layihəyə imza atacağam. Bircə onu deyim ki, gözləməyə dəyər".