"Yayın gəlişi ilə əlaqədar isti ab-havalı fotolar istədim. Buna görə də yenə mənim sevimli fotoqrafım Elgün Zamanın obyektivi qarşısına keçdim. Yayda yaradıcılığımla bağlı bir çox yeniliklər planlaşdırıram. Bəziləri maddiyata görə uzanır. Yeni mahnı və klip gözlənilir. "O gün mahnıma klip olacaq.

Unikal.org xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi yeni fotosessiyasını sevənlərinin ixtiyarına verib.

E.Abdullayev şou-biznesdəki durğunluqdan söz açıb:

"İki ildir ki, şou-biznesdə durğunluqdur. Gözləyirik ki, bununaqibəti necə olacaq. Çoxları toyun olmaması ilə əlaqələndirir. Amma sənətçi tək toydan qazanmır ki... Hərənin öz biznesi var. Toylar yoxdur deyib, mahnı yazdırmayaq, klip çəkdirməyək? Onda şou-biznes gərək batsın. Buna imkan verməmək üçün hamı işləməlidir.Düzdür, razıyam ki, buna maddiyat səbəb olub.Gəlir az olanda,çalışmaq həvəsi də azalır. Səbr edək, düzələcək. Şou- biznesimiz bir mafiyadır. Burada ad qazanmaq, gündəmdə qalmaq üçün çalışmaq lazımdır".

E.Abdullayev sosial şəbəkədə yazılan aqresiv şərhlərdən danışıb.O bildirib ki, həmkarlarının onlara cavab verməsinə yaxşı baxmır:

"Özümdə yox, başqalarında belə şərhləri çox görürəm. Yazılan hər şeyə cavab verməyi sevmirəm. Müğənni birdir, izləyici isəçox. Hamıya cavab vermək müğənniyə yaraşan deyil. Niyə izləyici bilməlidir ki, İnstaqramda oturan müğənninin özüdür? Həmin şərhləri yazanlarşəxsiyyətə toxunmaqla, ailəni vurmaqla səhv edirlər. Hamımız eyni cəmiyyətin üzvüyük. Bir-birimizi başa düşməliyik. Sənətçi də sizin kimi insandır. Elə müğənni tanıyıram ki, bütün günü oturub yazılanlara cavab verir. Amma bir məsələ də var... İnstaqramda elə şeylər yerləşdirməliyikki, insanlara qıcıq verməsin. Mən Ramazan ayında durub kabab şəkli yaysam, əlbəttə tənqid olunacam. Ona görə də, paylaşımlarımızda da düşünməliyik".

İfaçı bu yay istirahət üçün Bodruma yollanacağını bildirib:

"Yay istirahəti üçün mənim üçün ən gözəl bölgələrimizdən biri olan qaxa gedəcəm. İyulun sonunda isə xanımımla birlikdə Bodruma yollanacağam".