Qaydaları pozan sürücülərə qarşı reydlər davam edir.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, bu dəfə əks yola çıxaraq qayda pozan iki sürücü "radara düşüb.

Belə ki, Xətai prospektində yol tıxac olduğu üçün əks istiqamətə çıxan 99 HU 589 dövlət nömrə nişanlı "Volkswagen markalı avtomobilin sürücüsü kifayət qədər ciddi problem yaradır.

Eyni zamanda 10 PV 572 dövlət nömrə nişanlı "KİA markalı avtomobilin qadın sürücüsü isə qaydaları pozmaqla yanaşı az qala yolu keçməyə çalışan uşaqları vuracaqdı.

Qeyd edək ki, hər iki sürücü İnzibati xətalar Məcəlləsinə görə qarşı yola çıxaraq nəqliyyat axınına qarşı gedib. Bunun cəriməsi isə 4 bal və 100 manatdır.