İyunun 22-də Bakıda maraqlı hadisə baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Pivəzavod küçəsində yaşayan 22 yaşlı Hüseyn Məmmədov evdə olarkən ehtiyatsızlıqdan çay qaşığı udub. O, 3 saylı şəhər xəstəxanasına müraciət edib və burada tibbi müdaxilə ilə qaşıq onun bağırsağından xaric edilib.

H.Məmmədov qaşığı udarkən fikirli olduğunu və bir anlıq onu udduğunu deyib.