Ucarda 1 nəfər çayda batıb.

Unikal.org-un FHN-in saytına istinadən məlumatına görə, Quləbənd kəndində, Göyçay çayında 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.