Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.

Unikal.org xəbər verir ki, ana öz körpəsini öldürüb.

33 yaşlı Həbibə və 41 yaşlı İbrahim cütlüyünün 12 il uşağı olmayıb.

Lakin, qadın 12 ildir yolunu gözlədiyi körpəsinin ağlamasına tab gətirə bilməyib. Qadın əri evdə olmadığı vaxtda əli ilə uşağın ağzını və burnunu tutara uşağın ağlamasını dayandırmaq istəyib. Nəfəssiz qalan körpə isə boğularaq ölüb.

Cani qadın uşağın hərəkətsiz qaldığını görüb və hadisə barədə qardaşına məlumat verib. Qardaşı dərhal evə gəlib və uşağı xəstəxanaya aparıb. Uşağın öldüyünü dəqiləşdirən həkimlər polisə məlumat veriblər.

Polis qadını saxlayaraq bölməyə aparıb. Faktla bağlı araşdırma aparılır.

12 Yıl Sonra Tüp Bebek Yöntemiyle Anne Oldu...by haberler