Hərbi əməliyyatların, qanlı toqquşmaların getdiyi, yüz minlərlə insana məzar olan Suriyada çəkilən fotolar dünyanın gündəminə düşüb.

Unikal.org-un məlumatına görə, iftar süfrəsi paytaxt Dəməşqin qərbi Guta bölgəsinin Arbin rayonunda açılıb.

İftar süfrəsi bombaların darmadağın etdiyi binaların, daş yığınlarının fonunda qurulub. "El Rahme" adlı xeyriyyə cəmiyyətinin təşkil etdiyi iftarda 2 min insan iştirak edib. Dağıntılar fonunda uzun süfrələrin qurulduğu iftarda ehtiyac sahibləri, yaralılar və uşaqlar iştirak ediblər.

Fondun təsisçiləri Ramazan ayı münasibəti ilə bölgədə atəşin nisbətən səngiməsindən istifadə edərək iftar veriblər.

İftardan olan fotolar qısa zaman ərzində internetdə sürətlə yayaılaraq, günün fotosuna çevrilə biliblər.(istipress)