Mingəçevirdə azyaşlı dərmandan zəhərlənib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Ş. İ. Xətai küçəsi, ev 16, mənzil 9-da qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Cahid Fərid oğlu Hüseynlinin qəfil halı pisləşib. C.Hüseynli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Məlum olub ki, körpə ağcaqanad dərmanı içib.