Gədəbəydə inək sahibinə xəsarət yetirib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, rayonun Söyüdlü kənd sakini, 1984-cü il təvəllüdlü Bağırova Vüsalə Fəxrəddin qızı yaylaqda inək sağmaq istəyərkən heyvan onu vurub.

Körpücük sümüyünün sınığı xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.