Bakıda "Zəfəran Hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili qəza törədib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, "Volkswagen" markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra "Daewoo" markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.

Nəticədə ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Yelmar Hüseyn oğlu Əliyev xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.