Bakıda 3 yaşlı uşaq ikinci mərtəbədən yerə yıxılıb. 

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Badamdar qəsəbəsi, 3-cü massiv ərazisində 2014-cü il təvəllüdlü Quliyev Ümid İlkin oğlu 3 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb. Nəticədə o, ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.