Hindistanda keçirilən festivalda fil ürkərək avtomobillərə hücum edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın cənubunda baş verən hadisə zamanı festival iştirakçıları dərhal bölgədən uzaqlaşıblar.

Fil yaxınlıqdakı avtomobillərin hərəsini bir tərəfə yuvarlayıb.

Sahibinin sözlərinə görə, filin ürkməsinə səbəb avtomobillərin siqnal verməsi və havanın həddən artıq isti olması olub. Hadisə zamanı xəsarət alan olmayıb.