Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. "Mercedes" markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.

Fakt araşdırılır.