Gəncədə yaşayış binasında yanğın baş verib. 

Unikal.org FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzildə baş verib. 

Nəticədə mənzilin bir otağında 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub