Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Əhmədov Alik Sarı oğlu Binə qəsəbəsi, "Südçülük sovxozu" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.
Bu zaman o, bıçaqlanıb. Xəsarət alan şəxs 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.