Bakıda şirkətlərdən birində ölüm hadisəsi baş verib. 
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "City Point" biznes mərkəzində yerləşən şirkətin əməkdaşı, 1956-cı il təvəllüdlü Ağası Hüseynovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişənədək o keçinib.
İlkin məlumata görə, biznes mərkəzindəki şirkətlərdən birində sürücü işləyən A.Hüseynov ürək tutmasından vəfat edib.
Araşdırma aparılır.