Avropa Liqasının I təsnifat mərhələsinə hazırlaşan "Zirə heyətini daha bir futbolçu ilə gücləndirib. 
Rumıniyalı Qabriel Matey "qartalların sıralarına qoşulub.
Müdafiəçi ilə "1+1 il şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Matey ölkəsində "İnternasional, "Panduri, "Syaua, "Akademika və "Tarqu Mureş kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın "Qurnik klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.