Bakıda əcnəbiyə qarşı xuliqanlıq edilib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Pakistan vətəndaşı, 1994-cü il təvəllüdlü Ahmed Cunayed Ahmedali oğlu Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən kafedə tanışı tərəfindən döyüldüyünü bildirib.

23 yaşlı pakistanlı deyib ki, onu döyən şəxsin adı Bəxtiyar Yazquliyevdir. Xəsarətin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.