Böyük Britaniyanın Nyukasl şəhərində bir avtomobil sürətlə Ramazan bayramı münasibəti ilə məscid yaxınlığında toplaşan insanların üzərinə sürülüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ən azı 5 nəfər xəsarət alıb.

Böyük Britaniya polisi də hadisə barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu gün yerli vaxtla saat 09.14 radələrində avtomobil bir qrup piyadanın üzərinə hərəkət edib, 5 nəfər xəsarət alıb. Hadisəyə terror aktı versiyası kimi baxılmır. Polis olayla bağlı 42 yaşlı qadını saxlayıb.

Nyukasl polisi avtomobil sürücüsü "Westgate" İdman Mərkəzinin qarşısından məscidə doğru hərəkət edən  piyadaların üzərinə sürdüyünü də açıqlayıb.