Ramazan Bayramını ata ocağı Kayı kəndində keçirən Baş nazir Binali Yıldırım, ana və atasının məzarlarını ziyarət etdi, yerliləri ilə bayramlaşıb.

Unikal.org xəbər verir ki, baş nazir Bayram namazından sonra ailəsi ilə birlikdə ata evinə gedib. İldırım, daha sonra ata və anasının məzarını ziyarət edib.
Atası Dursun, anası Bahar və babası Bəkir İldırımın qəbirləri başında oxunan Yasin surəsini dinləyən Yıldırım, dua etdi, məzarlarına su tökdü.

Yolda rast gəldiyi kəndli dostları ilə bayramlaşan Yıldırım, vətəndaşların tələblərini də dinləyib.
Evinin həyətində odun qıran bir kəndliyə rast gələn Yıldırım, "Soba mı yandırmalısan?" deyə zarafat edib. Ondan baltanı alaraq kötük üç parçaya ayırıb.