Bu il Azərbaycanda avtomobil istehsalı kəskin azalıb.

Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycanda minik avtomobillərin istehsalı azalsada, traktor istehsalı kəskin artıb.
Belə ki, bu il 21 ədəd minik avtomobili, 535 ədəd traktor istehsal olunub.
Ötən illə müqayisədə traktor istehsalı 2.1 dəfə artıb.

Qeyd edək ki, mütəxəssislər Azərbaycanda son illər kənd təsərrüfatında böyük diqqət ayrıldığı üçün traktor istehsalının da artmasını istisna etmirdilər.