Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan raket aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 19-25 iyun tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.

Unikal.org xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 19-25 iyun tarixlərində 7 960 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 184 735 kv.m (18.47 ha) ərazi tam təmizlənib, 78 200 kv.m (7.82 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.