Ramazan bayramı günlərində səhnədə yer alacaq türkiyəli məşhurlar arasında Hadisə də yer alıb. Belə ki, müğənni Antalyada konsert vermək üçün xüsusi mühafizəçiləri ilə birlikdə hava limanına gəlib.

Unikal.org xəbər verir ki, mühafizəçilərdən biri Hadisənin çamadanlarını daşıyarkən, digəri isə özünü işgüzar göstərmək üçün jurnalistlərin çəkilişinə maneə olmağa çalışıb. Bu zaman məşhur müğənni, "Nə edirsiniz? Onlar onsuzda çəkəcəklər" deyərək, mühafizəçilərinə müdaxilə edib.

Daha sonra Hadisə jurnalistlərə açıqlama da verib. O bildirib ki, yaxın zamanda "Çempion" adlı albomu işıq üzü görəcək. "Bu ilin çempionu sizcə kim olur?" sualına isə müğənni belə cavab verib. "Bu mövzularda iddialı danışmaq istəmirəm, amma mən öz sahəmdə çempion olmaq istəyirəm".