2007-13-cü illərdə "Milan"ın şərəfini qorumuş Aleşandre Pato bir neçə il öncə "Real"dan da təklif aldığını bildirib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, hazırda "Tianjin Quanjan" klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu "rossoneri"ni daha güclü olduğuna görə seçdiyini etiraf edib.

"17 yaşımda "Real"a keçə bilərdim, amma üstünlüyü "Milan"a verdim. Həmin vaxt bu komandanın uğurlu dövrü idi. Mümkün olan bütün titulları qazanırdılar. Artıq vəziyyət dəyişib. "Milan" indi başqa komandadır. Komandanın o dövrdəki məşqçisi Karlo Ançelotti mənim müəllimim idi".