Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.

Unikal.org xəbər verir ki, ilk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub.

Avrokuboklarda debüt edən "Zirə Bakıda Lüksemburqun "Differdanj komandası ilə qarşılaşıb.

Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.