Bu gün Avropa Liqasında yeni mövsümə start verilib.

Unikal.org-un apasport.az-a  istinadən məlumatına görə, azərbaycanlı azarkeşlərin diqqəti ilk olaraq "Zirənin, ardınca isə "İnterin oyununa yönəlib.

Birincilərin qələbəsindən sonra Zaur Svanadzenin yetirmələri də ümidləri artıqlaması ilə doğruldublar. "İnter" matça yaxşı başlamasa da, tezliklə təşəbbüsü ələ alıb.

Çox keçmədən bu üstünlük hesabda da əks olunub. Təxminən 20 dəqiqə intervalla iki cərimə zərbəsini möhtəşəm yerinə yetirən Adrian Skarlatake rəqibi şoka salıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə ənənəvi təmkinli oyununu göstərən bakılılar bir də 75-ci dəqiqədə diqqət mərkəzinə gəliblər. Rauf Əliyev növbəti möhtəşəm qola imza atıb.

Qalan dəqiqələrdə qol olmayınca matç bu hesabla başa çatıb.