Cari ilin 1 iyulunda Almaniyanın Hanqelsberq şəhərinin Müqqelşpree İdman Sarayında peşəkar boks üzrə beynəlxalq çempionat keçiriləcək.

Unikal.org xəbər verir ki, turnirdə həmyerlimiz, peşəkar boksçumuz Azad Əzizov da iştirak edəcəkdir. 

Dörd qat dünya çempionu olan həmyerlimiz turnirdə məşhur macar boksçusu Laszio Toth ilə döyüşə çıxacaq. İBF-Avropa kəməri uğrunda gedəcək döyüş həmin yarışın ən vacib və sanballı qarşılaşması hesab olunur.

Xatirladaq ki, Azad Əzizov İBF-Avropa kəmərinə sahib olan ilk azərbaycanlı boksçudur.
Azad Əzizov Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, indiyə qədər Azərbaycan və müxtəlif Avropa ölkələrində keçirdiyi çoxsaylı idman tədbirləri ilə yadda qalan "Odlar Yurdu Boks İdman Təşkilatını təmsil edir.