"Qəbələ Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Unikal.org-un məlumatına görə, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən "qırmızı-qaralar bu gün növbəti yoxlama matçına çıxıb.

Roman Qriqorçukun yetirmələrinin öncədən Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılırdı. Lakin sonradan rəqibini dəyişən "Qəbələ Avstriyanın "Qrodiq komandası ilə görüşüb.

Matç "qırmızı-qaralar"ın 7:0 hesablı darmadağını ilə yekunlaşıb.